Avstriya Qran-Prisini Ferstappen qazandı

Avstriya Qran-Prisini  Ferstappen  qazandı
  04 İyul 2021    Oxunub:1848
Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında keçirilən Formula 1 üzrə dünya çempionatının Avstriya Qran-Prisində Maks Ferstappen qalib gəlib.
Azvision.az xəbər verir ki, “Red Bull“ komandasının holland pilotu bununla Avstriyada ən çox (dörd dəfə) qələbə qazanan idmançı olub. Sonrakı yerləri Valtteri Bottas ("Mercedes") və Lando Norris ("McLaren") tutublar.

Formula 1 yarışlarının rekord qalibi Levis Hemilton ("Mercedes") texniki nasazlığa görə dördüncü yerlə kifayətlənməli olub. Qələbələrin sayını 15-ə çatdıran Verstappen Hemilton ilə arasındakı məsafəni bir qədər qısaltmağa nail olub.

Bununla da 23 yarışdan ibarət mövsümün 9-cu mərhələsi Şpilberqdə 20 mindən artıq holland azarkeşin qələbə sevinci ilə başa çatıb.

Azvision.az



Teqlər: Formula1   Avstriya  





Xəbər lenti