Mingəçevir sakini dostunu bıçaqlayıb öldürdü

Mingəçevir sakini dostunu bıçaqlayıb öldürdü
  05 İyul 2021    Oxunub:816
İyulun 4-ü saat 01 radələrində 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin Mingəçevir şəhəri ərazisində işlədiyi kafenin yaxınlığında qəsdən öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə eyni kafedə işləyən 2004-cü il təvəllüdlü Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Kənan Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.

Azvision.az


Teqlər: Prorkurorluq  





Xəbər lenti