Bakıda ustanı "tok" vurub öldürdü

Bakıda ustanı "tok" vurub öldürdü
  05 İyul 2021    Oxunub:1411
İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Səbail rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az



Teqlər: Restoran   Usta  





Xəbər lenti