Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib

Şabranda yabanı halda bitən çətənə kolları məhv edilib
  05 İyul 2021    Oxunub:1074
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Gəndov kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, ümumi çəkisi 100 kiloqramdan artıq olan, 234 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Azvision.az



Teqlər:





Xəbər lenti