Göyçay rayon prokurorluğundan
Azvision.az -a verilən məlumaat görə, aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, 2000-2021-ci illər ərzində liseydə inzibati təsərrüfat işləri üzrə direktor müavini işləmiş Fazil Qədirov 2020-ci ilin yay aylarında onunla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında bağlanmış əmək müqaviləsinə əsasən, tədris müəssisəsinin əmlakının uçotonu və inventarlaşdırılmasını təşkil etmək, qiymətli malların və materialların qorunub saxlanmasını təmin etmək səlahiyyətlərinə malik tam maddi məsul şəxs olmaqla, liseyin balansında olan ümumilikdə 5 min 600 manat dəyərində əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.
İş üzrə toplanmış sübutlar əsasında Fazil Qədirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını mənimsəmə) maddələri ilə ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Azvision.az