Bakıda 63 yaşlı qadının meyiti aşkarlandı
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Musayeva Zərifə Əlimurad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Azvision.az
Teqlər: Meyit