Axtarışda olan 2200 nəfər tutulub

   Axtarışda olan 2200 nəfər tutulub
  09 İyul 2021    Oxunub:958
2021-ci ilin birinci yarısında qeydə alınmış cinayətlərin 84,3 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov bildirib.

O, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 1,3, adam öldürməyə cəhdlərin 11, oğurluqların 31, soyğunçuluqların 34, quldurluqların 8, avtonəqliyyat vasitələrinin qaçırılmasının 9,6, xuliqanlıqların 6,4, odlu silahın tətbiqi ilə baş verən cinayətlərin 32, yol-nəqliyyat hadisələrinin 0,5, qəzalarda ölənlərin sayının 11, xəsarət alanların sayının 0,5 faiz azaldığını bildirib.

Nazir müavini habelə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açıldığını, axtarışda olan 2200, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 248 şəxsin tutulduğunu vurğulayıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti