Polis rəisinin özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

   Polis rəisinin özünü öldürməsi ilə bağlı cinayət işi açıldı
  10 İyul 2021    Oxunub:3164
İyulun 9-da Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açaraq öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az a verilən məlumata görə, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti