Prokurorluq zorakılıq faktını nəzarətə götürdü

   Prokurorluq zorakılıq faktını nəzarətə götürdü
  17 İyul 2021    Oxunub:1236
Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır.

Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti