Mənzildə 67 yaşlı kişinin meyiti tapılıb

Mənzildə 67 yaşlı kişinin meyiti tapılıb
  18 İyul 2021    Oxunub:1499
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-nin saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Təhməzov Şamil Şamil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Meyit  





Xəbər lenti