FİFA-dan qayda dəyişiklikləri ilə bağlı açıqlama
Daha əvvəl xarici KİV-lər yeni qaydaların Niderlandda U-19-lar arasında “Future of Football Cup” turnirində sınaqdan keçiriləcəyini, oyunların 45 dəqiqəlik iki hissə yox, təmiz 30 dəqiqədən ibarət olacağını, yəni oyun dayanan zaman vaxt saxlanılacağını bildirmişdi. Həmçinin, oyunçu dəyişikliklərinin limitsiz həyata keçiriləcəyi, autun əllə deyil, ayaqla meydana daxil ediləcəyi, sarı vərəqə alan futbolçuların 5 dəqiqəlik meydandan kənarlaşdırılacağı da qeyd olunmuşdu.
Lakin FİFA bu cür dəyişikliklər üzərində işləmədiklərini vurğulayıb.
Azvision.az
Teqlər: FİFA