Masallıda “patı” satanlar saxlanıldı
Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat tədbirləri ilə psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri F.Hacıyev, S.Quliyev, D.Əliyev, B.Mahmudov və R.Ağabalayev saxlanılıblar.
Keçirilən baxış zamanı həmin şəxslərin üzərindən ümumilikdə 13 bükümdə metamfetamin aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: Patı