Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a bildiriblər ki, oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev daxil olmuş məlumatlar əsasında Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Araşdırmalarla onun iki velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurduğu müəyyənləşdirilib. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Azvision.az