"İntihar halları artıb" - Psixoloq

   "İntihar halları artıb" -    Psixoloq
  23 İyul 2021    Oxunub:1168
Son günlər intihar halları artıb. İntihar hallarının idarə olunması olduqca çətindir. Bununla bağlı hazırda mütəxssislərimizin Türkiyənin intihar mövzusunda peşəkar psixoloqlarla birgə təlimlərə başlayıb.

Azvision.az xəbər verir ki, bunu psixoloq Nərmin Osmanlı deyib.
O qeyd edib ki, qazilər üçün psixoloji yardım könüllü keçirilir: "Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər. Ona görə də onların ailə üzvləri ilə əlaqə qurmaq və bu sahədə maarifləndirmə işlərinə ehtiyac var. Bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlıq şəklində çalışırıq. Biz xidməti təklif edə bilirik. Bəzən müharibədən qayıdan qəhrəman qazilərimiz psixoloji yardım almaqla bağlı məcburiyyətdən qaçırlar, çünki bu, könüllülük əsasında olmalıdır".

O qeyd edib ki, cari ilin mart ayının 15-dən ayından iyulun 15-ə qədər ayına qədər regionlarda 354 şəhid ailəsi, 686 hərbçi və 156 nəfər terror qurbanına yardım edilib.

"Hazırda psixoloji xidmətin sistemləşdirilməsi üçün işlərə başlanılıb. Xəstəxanalarda psixoloji xidmətlərin göstərilməsi və icbari sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi istiqamətində monitorinqlərə başlanılıb. Çünki hazırda xidmətlər zərfində xəstəxanalarda psixoloji dəstəklərin göstərilməsi yer almayıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Psixoloq   intihar  





Xəbər lenti