“İntiharlar “yoluxucudur” – psixiatr Orxan Fərəcli

   “İntiharlar “yoluxucudur” –    psixiatr Orxan Fərəcli
  23 İyul 2021    Oxunub:1679
Bütün intihar xəbərdarlıqları ciddi qəbul olunmalıdır. Qadınlar intihara daha çox cəhd edir. Lakin tamamlanmış üsulla intihar edən kişilər daha çoxdur və daha qəddar üsullardan istifadə edirlər.
Azvision.az xəbər verir ki, bunu psixiatr Orxan Fərəcli deyib. O bildirib ki, xarici ölkələrin təcrübəsinə əsasən, intiharlar haqqında nə qədər çox informasiya verilirsə, onların sayı daha da artır.

"Bu, bizdə də belədir. Zaman-zaman intihar tezliklərində dəyişiklik müşahidə olunur. Təcrübələr göstərir ki, müharibə dövründə intiharlar azalsa da, müharibədən sonra artır. 100-dən çox ölkədə aparılan tədqiqatlar göstərir ki, intihar "yoluxucudur". Ona görə də intihar xəbərləri verilərkən detallara girilməməlidir".

Həkim bildirib ki, intiharın metodunu və yerini göstərmək, intihar məktubunun məzmununu paylaşmaq, intiharı cazibədar etmək və romantikləşdirmək olmaz.

Aytən Zəhra
Azvision.az



Teqlər: İntihar  





Xəbər lenti