Goranboyda narkotik yetişdirən şəxs tutuldu
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 1 kq 180 qram olan narkotik çətənə aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN