Tokio-2020: Azərbaycan millisi ilk medalını qazanıb

  Tokio-2020:  Azərbaycan millisi ilk medalını qazanıb
  30 İyul 2021    Oxunub:1698
İyulun 30-da Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında milli komandamıza ilk medalı qazandırıb.
Azvision.az xəbər verir ki, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız bürünc medal uğrunda görüşdə çinli Şiyan Ksu ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz “Tokio-2020”də Azərbaycanın aktivinə ilk medalı yazdırıb.

Yarımfinala gedən yolda Larisa Tseriç (Bosniya və Herseqovina) və Mijin Hana (Koreya Respublikası) qalib gələn cüdoçumuz yarımfinalda yaponiyalı Akira Soneyə uduzub.

Azvision.az



Teqlər: Tokio   Medal  





Xəbər lenti