“Tokio-2020”: İdmançının akkreditasiyası ləğv edildi

   “Tokio-2020”:    İdmançının akkreditasiyası ləğv edildi
  31 İyul 2021    Oxunub:1042
“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb. Təşkilat Komitəsi iştirakçılardan birinin akkreditasiyasını ləğv edib.
Azvision.az xəbər verir ki, bu, Olimpiadanın başladığı gündən bəri ilk belə hadisədir. Cəzalandırılan idmançının adı və hansı yığmanı təmsil etdiyi açıqlanmayıb. Cəzaya səbəb həmin şəxsin Olimpiya kəndini səbəbsiz tərk etməsidir.

Qeyd edək ki, bir müddət əvvəl Olimpiadada gümüş medal qazanan gürcü idmançılar Vaja Martvelaşvili və Laşa Şavdatuaşvilinin Tokio teleqülləsinin yanında gəzdikləri barədə xəbərlər yayılmışdı. Bu xəbər təsdiqlənməsə də, akkreditasiyası alınanın onlardan biri olması ehtimalı böyükdür.

Azvision.az


Teqlər: Tokio  





Xəbər lenti