“COVID-19” pasportu olmayan 3200 nəfər toya buraxılmayıb

“COVID-19” pasportu olmayan 3200 nəfər toya buraxılmayıb
  06 Avqust 2021    Oxunub:972
Avqustun 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, monitorinq 246 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 3200 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Azvision.az



Teqlər: Toy  





Xəbər lenti