Türməyə çayın içində tiryək keçirmək istədi

Türməyə çayın içində tiryək keçirmək istədi
  10 Avqust 2021    Oxunub:1380
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbülfət Böyükağa oğlu Həsənova vətəndaş Elnur Aydın oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan çay qutusunun içərisində gizlədilən 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,189 qram olan narkotik vasitə tiryək aşkar edilib.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti