Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib

Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib
  10 Avqust 2021    Oxunub:845
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 82 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib. Qaradağ rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan Yusibov Cavidan Cavid oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Şabran rayonunda minik avtomobilinin Samur-Abşeron kanalına aşması nəticəsində sürücü Quliyev Mənsim Qəhrəman oğlunun meyiti xilasedicilər tərəfindən su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: Dəniz  





Xəbər lenti