Binəqədidə avtomobillə vurulan piyada ölüb

Binəqədidə avtomobillə vurulan piyada ölüb
  10 Avqust 2021    Oxunub:1019
Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, avqustun 9-da saat 22 radələrində Binəqədi rayonu ərazisində Qobustan rayon sakini Ş.Albabayev idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Şadman Şamilovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DIN   Piyada  





Xəbər lenti