Sosial müdafiə və təminat xərcləri 16 milyon manat azalıb

Sosial müdafiə və təminat xərcləri 16 milyon manat azalıb
  10 Avqust 2021    Oxunub:1314
Bu ilin birinci yarısında Azərbaycanın sosial müdafiə və sosial təminat xərcləri 1 milyard 664,5 milyon manat olub.
Azvision.az -ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz və ya 16,0 milyon manat azalaraq 1664,5 milyon manat icra edilib.

Sosial müdafiə və sosial təminat xərcləri 1716,1 milyon manat proqnoza qarşı 97,0 faiz və ya 51,6 milyon manat çox icra edilərək illik proqnozun 45,1 faizini təşkil edib.

Azvision.az


Teqlər: sosial   Müdafiə  





Xəbər lenti