Karantini pozan 40 nəfər həbs edilib

   Karantini pozan 40 nəfər həbs edilib
  12 Avqust 2021    Oxunub:935
Ölkədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması ilə bağlı nəzarət-profilaktiki tədbirlər diqqət mərkəzində saxlanılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə, ötən ilin martından bu günə qədər 1030 cinayət (Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) işi üzrə 554 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin işlər üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan tədbiri seçilib.

Ölkədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması ilə bağlı nəzarət-profilaktiki tədbirlər diqqət mərkəzində saxlanılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər orqanları tərəfindən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma faktlarına görə, ötən ilin martından bu günə qədər 1030 cinayət (Maddə 139-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) işi üzrə 554 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin işlər üzrə məhkəmələr tərəfindən 40 nəfər barəsində həbs, 54 nəfər barəsində isə polisin nəzarəti altına vermə, 460 nəfər haqda digər qətimkan tədbiri seçilib.

Azvision.az



Teqlər: DİN   Karantin  





Xəbər lenti