Sumqayıtda 55 yaşlı kişinin meyiti aşkarlanıb

Sumqayıtda 55 yaşlı kişinin meyiti aşkarlanıb
  16 Avqust 2021    Oxunub:1227
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Raxteri Yaşar Eynullah oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti