Daha 3 322 nəfər COVID-19-a yoluxub , 18 nəfər vəfat edib

   Daha 3 322 nəfər COVID-19-a yoluxub   , 18 nəfər vəfat edib
  17 Avqust 2021    Oxunub:1569
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib, aktiv xəstə sayı 27813 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, ötən müddət ərzində isə ümumilikdə 4 235 142 test aparılıb.

Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti