Ucar sakinini elektrik cərəyanı vuraraq öldürüb

Ucar sakinini elektrik cərəyanı vuraraq öldürüb
  18 Avqust 2021    Oxunub:1312
Avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ucar rayon prokurorluğundan Azvision.az -a verilən məlumat görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Ucar  





Xəbər lenti