Avropa çempionatı: Şahmatçılarımız doqquzuncu turda

   Avropa çempionatı:    Şahmatçılarımız doqquzuncu turda
  18 Avqust 2021    Oxunub:1619
Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 9-cu turunun oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, təmsilçilərimiz Gülnar Məmmədova Nataliya Buksa (Ukrayna), Günay Məmmədzadə Mai Narva (Estoniya), Xanım Balacayeva Olqa Badelka (Belarus), Gövhər Beydullayeva Tranq Hoanq (Macarıstan), Ülviyyə Fətəliyeva Stavrula Tsulakidou (Yunanıstan), Zeynəb Məmmədyarova Mişel Katkov (İsrail), Türkan Mammədyarova Ellen Nielsen (Danimarka), Xəyalə Abdulla Marina Makropolou (Yunanıstan), Nəsrin Babayeva Yasmin Sxlofer (Avstriya), Ayan Allahverdiyeva Louise Başilina (Almaniya) ilə mübarizə aparacaqlar.

Səkkiz turdan sonra G.Məmmədzadə, G.Məmmədova 5, G.Beydullayeva 4,5, Ü.Fətəliyeva, X.Balacayeva 4, Zeynəb Məmmədyarova 3,5, T.Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, 2,5, A.Allahverdiyeva 2 xal toplayıblar. Turnir cədvəlinə ukraynalı Yuliya Osmak başçılıq edir.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Azvision.az



Teqlər: Şahmat  





Xəbər lenti