COVID-19 pasportu olmayan 63 nəfər şənliyə buraxılmayıb

COVID-19 pasportu olmayan 63 nəfər şənliyə buraxılmayıb
  19 Avqust 2021    Oxunub:934
Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 63 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti