Mühafizəçini döyən gürcü Paralimpiya Oyunlarından uzaqlaşdırıldı

 Mühafizəçini döyən gürcü Paralimpiya Oyunlarından uzaqlaşdırıldı
  20 Avqust 2021    Oxunub:1711
Tokioda keçiriləcək Paralimpiya Oyunları öncəsi xoşagəlməz insident yaşanıb. Təşkilat komitəsi oteldə mühafizəçini döyən gürcü cüdoçu Zviad Qoqoçurini yarışdan kənarlaşdırıb.

Azvision.az xəbər verir ki, bu barədəı "Kyodo News" məlumat yayıb.
60 yaşlı mühafizəçi spirtli içki qəbul edən və karantində olan gürcü idmançılarından səs-küy salmamalarını istəyib. Buna cavab olaraq Qoqoçuri hücum edərək mühafizəçinin qabırğasını sındırıb. Polis idmançını saxladıqdan sonra o, yarışlardan diskvalifikasiya edilib. Digər idmançılar üç günlük məşqlərdən kənarlaşdırılıb. Gürcüstan nümayəndə heyətinə isə xəbərdarlıq edilib.

Qeyd edək ki, Qoqoçuri 90 kiloqram çəki dərəcəsində mübarizə aparacaqı. O Rio -de -Janeyroda keçirilən Paralimpiya Oyunlarında qızıl medal qazanmışdı.

Xatırladaq ki, Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-ə kimi Tokioda təşkil olunacaq.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti