Azərbaycanın 2 güləşçisi yarımfinalda

Azərbaycanın 2 güləşçisi yarımfinalda
  20 Avqust 2021    Oxunub:1187
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Azvision.az -ın məlumatına görə, beşinci yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Elmir Əliyev 1/8 finalda iranlı həmkarıyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub.

Ziya Babaşov debütdə yerli pəhləvanla bacarmayıb.

Elcan Məmmədov təsnifat mərhələsində cəmi 40 saniyəyə Polşa idmançısının kürəyini yerə sıxıb. Ancaq 1/8 finalda Belarus təmsilçisinə məğlub olub.

Laçın Vəliyev startda serbiyalı rəqibinə qalib gəlib. Növbəti mərhələdə İsveç güləşçisini üstələyən Vəliyev 1/4 finala yüksəlib. Almaniya təmsilçisindən də güclü olan həmyerlimiz adını yarımfinala yazdırıb.

Sərxan Məmmədov ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.

55 kq
1/8 final: Elmir Əliyev - Əmirrza Dehbozorgi (İran) 4:5

63 kq
1/8 final: Ziya Babaşov - Səid Bakayev (Rusiya) 0:10

77 kq
Təsnifat: Elcan Məmmədov - Konrad Kozlovski (Polşa) 4:0 (tuşe)
1/8 final: Elcan Məmmədov - Dmitri Bonka (Belarus) 1:4

87 kq
Təsnifat: Laçın Vəliyev - Mario Vukoviç (Serbiya) 5:2
1/8 final: Laçın Vəliyev - Alqot Kaelman (İsveç) 6:0
1/4 final: Laçın Vəliyev - Lukas Lazogianis (Almaniya) 3:1
1/2 final: Laçın Vəliyev - Tirone Stekelenburq (Hollandiya)

130 kq
1/8 final: Sərxan Məmmədov - Əmirməhəmməd Bayat (İran) 3:2
1/4 final: Sərxan Məmmədov - Tomaş Vavrinçik (Polşa) 3:1
1/2 final: Sərxan Məmmədov - Nikolaos Ntunias (Yunanıstan)

Azvision.az



Teqlər: Güləşçi  





Xəbər lenti