Yeniyetmə karateçimiz Avropa çempionatında finala yüksəlib

Yeniyetmə karateçimiz Avropa çempionatında finala yüksəlib
  20 Avqust 2021    Oxunub:1787
Avqustun 20-də Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı davam edir.
Azvision.az xəbər verir ki, yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında 70 kiloqramdan yuxarı çəki dərəcəsində Nihad Kərimzadə Jakob Zumer (Slovakiya) 6:1, Antoni Stepnievskiyə (Polşa) 1:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda italiyalı Fernando Marinonu 2:0 hesabı ilə üstələyən karateçimiz finala adlayıb. Finalda onun rəqibi makedoniyalı Andrey Basarov olacaq.

Qeyd edək ki, bundan əvvəl daha bir karateçimiz - 63 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Süleymanov finala yüksəlib. Həlledici mərhələdə o, Artem Şaruba (Belarusiya) ilə mübarizə aparacaq.

Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medal qazanıb.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Ümumilikdə isə Avropa çempionatında 45 ölkədən 1008 idmançı iştirak edir.

Azvision.az


Teqlər: Karate  





Xəbər lenti