“COVID-19” pasportu olmayan 58 nəfər toya buraxılmayıb

“COVID-19” pasportu olmayan 58 nəfər toya buraxılmayıb
  21 Avqust 2021    Oxunub:986
Avqustun 20-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 8 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, monitorinq 6 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 58 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti