Tokio-2020: İlham Zəkiyev karantinə alınıb

      Tokio-2020:    İlham Zəkiyev karantinə alınıb
  21 Avqust 2021    Oxunub:1697
Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində Azərbaycanın bayraqdarı Oloxan Musayev olacaq.
Bu barədə Azvision.az -a Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Bildirilib ki, paracüdoçu Ramil Qasımovun koronavirus testi müsbət çıxıb. Onunla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib.

Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər.

Lakin açılış mərasimində iştirak etmələrinə icazə verilməyib. 11 cüdoçu arasında İki qat Paralimpiya Çempionumuz İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Çempionu Oloxan Musayev olacaq.

Azvision.az



Teqlər: Parolimpiya  





Xəbər lenti