Yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

Yaşayış yerini tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb
  21 Avqust 2021    Oxunub:1382
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az verilən məlumata görə, Cəlilabad rayon sakini T.Məmmədova koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub.

T.Məmmədov tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti