Güləşçilərimiz dünya çempionatında iki medal qazanıblar
Millimizin üzvü Sərxan Məmmədov (130 kq) ilk görüşdə iranlı rəqibini minimal fərqlə üstələyib. S.Məmmədov polşalı güləşçiyə də gücünü göstərərək yarımfinala adlayıb. Yunanıstan təmsilçisi ilə gərgin keçən mübarizədən də qalib ayrılan S.Məmmədov finala yüksəlib. Birinci yer uğrunda görüşdə son Avropa çempionu ilə qarşılaşan güləşçimiz türkiyəli rəqibinə məğlub olub və dünya çempionatının gümüş medalını qazanıb.
Azvision.az