Daha bir karateçimiz Avropa çempionatında medal qazanıb.

Daha bir karateçimiz Avropa çempionatında medal qazanıb.
  21 Avqust 2021    Oxunub:1951
Azərbaycanın daha bir karateçisi yeniyetmə və gənclər arasında Avropa çempionatında medal qazanıb.
Azvision.az xəbər verir ki, Finlandiyanın Tampere şəhərində keçirilən yarışın ikinci günündə 16-17 yaşlı gənclər arasında kumite yarışlarında Rumil Cəfərli (76 kq) finala qədər uğurla irəliləsə də, həlledici mərhələdə Kipr təmsilçisi Louzos Vasiliuya 1:2 hesabla məğlub olub. Bununla da, karateçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, qitə çempionatının birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kq) və Rəşid Süleymanov (63 kq) qızıl medal qazanıblar.

Komandamızın digər üzvü Aysu Əliyeva (47 kq) isə bürünc medala sahib olub.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edir.

Azvision.az



Teqlər: Karate  





Xəbər lenti