Goranboyda uşağın döyülərək öldürülməsi barədə rəsmi məlumat

   Goranboyda uşağın döyülərək öldürülməsi barədə rəsmi məlumat
  23 Avqust 2021    Oxunub:1122
Prokurorluq Goranboyda 11 yaşlı uşağın döyülərək öldürülməsi barədə məlumat yayıb.
Goranboy rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, azyaşlı - 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İkram Hüseynov şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam etdirilir.

Azvision.az



Teqlər: Goranboy  





Xəbər lenti