Saxta qazi həbs edilib
Aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Həsənov Nurəddin Məzahir oğlu olması müəyyən edilib və o, polis idarəsinə dəvət olunub. İlkin araşdırmalarla N.Həsənovun Vətən müharibəsinin iştirakçısı olmadığı müəyyən edilib. Bununla belə, onun əməlində polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi və eləcə də ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətməsi sübuta yetirilib.
İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə müvafiq olaraq onun barəsində toplanmış materiallar şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Həsənov Nurəddin Məzahir oğlu barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
Azvision.az