Avtobusa maskasız minən koronavirus xəstəsi saxlanılıb

Avtobusa maskasız minən koronavirus xəstəsi saxlanılıb
  06 Sentyabr 2021    Oxunub:929
Bakıda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkar edilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərasidə profilaktik tədbir keçirilən zaman bir nəfər şəxsin metronun “Azadlıq” stansiyasının yaxınlığında 147 saylı marşrut xətti ilə hərəkət edən avtobusda olan zaman maskadan istifadə etmədiyini müəyyən ediblər. Həmin şəxs dərhal ictimai nəqliyyatdan düşürülüb.

Araşdırma aparılan zamanı onun aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakini Nəriman Xəmidov olduğu müəyyən edilib.

Onun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti