O, yalnız tibb ixtisasını ödənişsiz və ödənişli əsaslarla yazıb. Keçən il bu ixtisasa keçid 374 bal idi. Amma bu il həm ödənişsiz, həm də ödənişli əsaslarla Tibb ixtisasına keçid balı 602 olub. Həmin abituriyent Stomotologiya, Əczaçılıq, İctimai səhiyyə, Bakı Dövlət Universitetinin Psixologiya, Kimya, Biologiya müəllimliyi ixtisaslarını yazsaydı, ödənişsiz əsaslarla qəbul oluna biləcəkdi.
Ümumiyyətlə, bu il rus bölməsi üzrə plan yerləri azaldığı üçün müsabiqə vəziyyəti gərgin olub və keçid balları yüksəlib. Ona görə də, 500 baldan yuxarı kəsilənlərin əksəriyyəti məhz rus bölməsinin abituriyentləridir.
Qalibiyyət imtahanları üzrə qeydiyyat başlayır |
IV qrupda 500-dən yuxarı bal toplasa da, kəsilən abituriyentlərin əksəriyyəti Tibb və Stomotologiya ixtisaslarını ödənişsiz əsaslarla seçənlərdir. Stomotologiya ixtisasının keçid balı bu il 582 olub. Abituriyentlər 550 balla qəbul oluna bilməyiblər. Onlar Tibbi səhiyyə, Əczaçılığı yazsaydılar, qəbul olunacaqdılar.
III ixtisas qrupunda rus bölməsi üzrə 510-dan yuxarı bal toplayan bir nəfər kəsilib. Həmin şəxs də daha çox hüquq, dövlət və ictimai münasibətlər fakültələrini ödənişsiz əsaslarla yazıb.
Təhsil eksperti qeyd edib ki, qəbul imtahanında yüksək bal toplayanlar özlərinə güvənərək ixtisas seçimi edir, nəticədə belə problemlər yaşayırlar. Ya bütün yerləri ödənişsiz seçir, ya da yalnız bir ixtisası yazırlar. Lakin mütəxəssisdən kömək istəmək də lazımdır. Çünki mütəxəssis bütün riskləri nəzərə alaraq, abituriyenti yönəldir.
Qeyd edək ki, bu il ali məktəbə sənəd verib, imtahanda iştirak edən və 500-dən yuxarı bal toplayan 20 abituriyent ali məktəbə qəbul olunmayıb. III ixtisas qrupunda 500-520 arası bal toplayan 2 abituriyent, IV ixtisas qrupu üzrə 600-610 arası bal toplayan 1 abituriyent, 500-dən yuxarı bal toplayan 17 abituriyent müsabiqədən keçə bilməyib.
Aytən Zəhra
Azvision.az