"Çox istərdim ki, körpələrə dastana dönən igidlərimizin adı verilsin" - Cəlal Qurbanov

"Çox istərdim ki, körpələrə dastana dönən igidlərimizin adı verilsin" -    Cəlal Qurbanov
  06 Sentyabr 2021    Oxunub:3025
“Şəhidimiz Xudayar Yusifzadənin ifası da özü kimi dastana döndü. Bu Vətən yaşadıqca bu ifa yaşayacaq, xalqımızın dilindən düşməyəcək! Xudayarımızın anası Radə xanımın dediyi kimi, “o səs təkcə Xudayarın səsi deyil, bütün şəhidlərimizin səsidir”. Hər dəfə bu ifanı eşitdikcə insanın qəlbi riqqətə gəlir, sanki qəhrəmanlarımızın qazandığı zəfəri bir daha yaşayırıq”.
Bu sözlər “Mənim Atam Qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanova aiddir. O, bildirib ki, Vətən uğrunda canından, qanından keçən qəhrəmanlarımız heç vaxt unudulmur və unudulmayacaq: “Çox istərdim ki, yeni doğulan körpələrə dastana dönən igidlərimizin adı verilsin, körpələrimiz Mübariz, Polad, Muxtar, Xudayar, Cəbrayıl, Turqut, Ruhid, Şəhriyar, Sübhan, Sinan, Səlimxan, Ziyadxan, Əli, İbrahim, Məhəmməd və digər qəhrəmanlarımızın adını daşısınlar! Qoy bu balalar adlarını daşıdıqları qəhrəmanlar kimi igid, mərd böyüsünlər. Şəhidlərimizin cəsarəti qarşısında diz çökən düşmən qəhrəmanlarımızın hər dəfə adı səsləndikcə başlarının necə əzildiyini, haqq savaşında necə məğlub olduqlarını bir daha xatırlasınlar”.








Teqlər: Vətənpərvərlik  





Xəbər lenti