Xəzərdə dalğanın hündürlüyü 3.5 metrə çatıb

   Xəzərdə dalğanın hündürlüyü 3.5 metrə çatıb
  07 Sentyabr 2021    Oxunub:633
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
ETSN Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, sentyabrın 7-si saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində axşam saatlarından başlayaraq şimal-qərb küləyi güclənib, bəzi yerlərdə yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli güclü olub.

Düşən yağışın miqdarı Lənkəranda 30.0 mm, Qubada 14.0 mm, Qusarda 13.0 mm, Astarada 12.0 mm, Lerikdə 6.0 mm, Balakən, Yardımlıda 3.0 mm, Göytəpədə 2.0 mm, Şəki, Zaqatala, Kişçay (Şəki), Şabran, Altıağac, İsmayıllı, Xaltan, Qrızda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Biləsuvar, Neftçalada 20 m/s, Şirvan, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 25 m/s, Pirallahı, Çilov adası, Neft Daşlarında 20 m/s, Sumqayıtda 18 m/s-dək güclənib, Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var. Sentyabrın 8-də axşama doğru yağıntılar tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi ayın 8-i səhər saatlarından tədricən mülayimləşəcək.


Azvision.az



Teqlər: Hva   ETSN  





Xəbər lenti