Ağcabədi sakini fermada özünü güllələyərək öldürüb

Ağcabədi sakini fermada özünü güllələyərək öldürüb
  09 Sentyabr 2021    Oxunub:709
Ağcabədi rayon sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 8-də Rəncbərlər kənd sakini İsmayıl Babayevin işlədiyi Üzeyir kəndindəki fermada ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alması və hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerindən “İS” markalı ov tüfəngi götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti