Gürcüstandan Azərbaycana keçmək istəyən 10 nəfər saxlanıldı
Ümumiyyətlə, son dövrdə qaraçı milliyyətindən olan şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərmə hallarının artması müşahidə olunur.
Ötən il və cari il ərzində Azərbaycan-Gürcüstan və əks istiqamətdə dövlət sərhədini 34 halda pozmuş 140 nəfər saxlanılıb. Həmin şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb, 63 nəfər isə azyaşlı olduqları üçün aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil veriliblər.
Buna baxmayaraq, saxlanılan şəxslərdən 13 nəfərinin təkrarən bir neçə halda dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmələri müəyyənləşdirilib.
Göstərilənləri nəzərə alaraq, bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə ciddi tədbirlər davam etdirilir.
Azvision.az
Teqlər: Azərbaycan Gürcüstan