Səyyad Əlizadənin durumu ağırlaşıb

   Səyyad Əlizadənin durumu ağırlaşıb
  14 Sentyabr 2021    Oxunub:1340
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.
Azvision.az xəbər verir ki, bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalı məlumat verib.

Məlumatda müğənnin 80% oksigen dəstəyi aldığı bildirilib: "O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 90%-dir. Huşu qapalıdır. Qan təzyiqi, şəkəri və nəbzi nəzarətdə saxlanılır".

Azvision.az



Teqlər: Səyyad-Əlizadə   Koronavirus  





Xəbər lenti