General və dəstə üzvləri 14 milyon rüşvət almaqda təqsirləndirilir

   General və dəstə üzvləri 14 milyon rüşvət almaqda təqsirləndirilir
  15 Sentyabr 2021    Oxunub:1015
Ləğv olunan Mill Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər şəxslərinin vətəndaşlardan nə qədər rüşvət almaqda və hədə-qorxu ilə nə qədər pul tələb etməkdə təqsirləndirildiyi məlum olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, istintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokurorluqda aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: MTN  





Xəbər lenti