Gənclər təşkilatı “Velo-şəhər” layihəsinə start verir

Gənclər təşkilatı    “Velo-şəhər”    layihəsinə start verir
  20 Sentyabr 2021    Oxunub:1862
"Sağlam Düşüncə" Gənclər Təşkilatı 22 sentyabr tarixində “Ümumdünya Avtomobilsiz günü”ndə Sumqayıt şəhərində "Velo-şəhər: Ekoloji sağlam nəqliyyatın təbliği kampaniyası” adlı layihəsinə start verəcək.
Velo-yürüş Heydər Parkında start götürəcək və Nəsimi parkınadək davam edəcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Respublika Velosiped Olimpiya Məktəbi, BMT-nin İnkişaf Proqramı (UNDP), DIM üzrə gənc səfirlərin birgə əməkdaşlığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə nəzəri və praktik hissələrdən ibarət olacaq.

Üç ay davam edəcək layihə çərçivəsində məktəblilərl üçün seminarlar, gənclərlə info-sessiyalar, velo-yürüş, şəhərdaxili sorğuların aparılması və maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI"-na əsasən şəhərin ekologiyasının mühafizəsi, eləcə də insanların sağlam həyat sürməsinin qayğısına qalmaq və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə əhali arasında uzunmüddətli maarifləndirmə aparmaqdır.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı fəaliyyət göstərdiyi 15 il ərzində əksər layihələrdə şəhər daxilində velo-yürüşlər keçirərək insanlar arasında maarifləndirmənin təşkilində və ətraf mühitin qorunmasının əhəmiyyətinin təbliğində aktiv şəkildə iştirak edib.

Velo yürüşdə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

https://forms.gle/NUHKtQLUFXwTZ7vD6

Azvision.az



Teqlər:





Xəbər lenti