Tüstüyə görə Etilen-Polietilen Zavodunda araşdırma aparılır

Tüstüyə görə Etilen-Polietilen Zavodunda araşdırma aparılır
  20 Sentyabr 2021    Oxunub:892
Sentyabrın 19-da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıtda fəaliyyət göstərən “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodundan havaya qara tüstünün yayılması müşahidə olunub.
Bunu Azvision.az -a xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev bildirib. O qeyd edib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Tüstü  





Xəbər lenti