Daşkəsəndə itkin düşənlərin çəkmələri və gödəkçələri tapılıb

Daşkəsəndə itkin düşənlərin çəkmələri və gödəkçələri tapılıb
  24 Sentyabr 2021    Oxunub:2061
"Daşkəsən rayonunda itkin düşən şəxslərin axtarışları davam etdirilir".

Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.
O bildirib ki, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: “Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”.

Qeyd edək ki, bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb.

Azvision.az


Teqlər: DİN   Daşkəsən  





Xəbər lenti